“Rosnano”nun keçmiş baş direktoru Anatoli Çubays İtaliyadadır və Rusiyaya qayıtmaq fikrində deyil.
KONKRET.az xəbər verir ki, bu barədə TASS eks-məmura yaxın mənbəyə istinadən məlumat yayıb.
“O, Rusiya Federasiyasını şəxsi təyyarə ilə tərk edib. Çubays bir müddət Türkiyədə qalıb və oradan Avropaya uçub və ilkin məlumatlara görə, hazırda İtaliyadadır və orada mülkü var”, – mənbə bildirib.
TASS şərh üçün Çubaysın özünə müraciət edib. Onun rəsmi nümayəndələri “Rosnano”nun keçmiş rəhbərinin yeri ilə bağlı agentliyə cavab verməkdən imtina ediblər.
Natiq Səlim,
KONKRET.az
