Dağda köməksiz qalanlar xilas olundubackend

Dağda köməksiz qalanlar xilas olundu

Lerik rayonuna gəzintiyə gələn üç nəfərin çıxdıqları sərt dağlıq ərazidən düşə bilmədikləri – köməksiz vəziyyətdə qalmaları ilə bağlı polisə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər zamanı müəyyən edilib ki, Lənkəran şəhər sakinləri Lerik rayonunun Buzeyir kəndindəki dağlıq ərazidə çıxdıqları qayalıqda köməksiz vəziyyətdə qalıblar.

 

Onlar əraziyə cəlb olunan polis əməkdaşlarının köməkliyi ilə təhlükəsiz əraziyə çıxarılıblar.

Xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*