backend

Dağıstanda saxlanılanlar barədə ŞAD XƏBƏR

Dağıstanda həbs olunan 93 nəfərdən 91 nəfəri yaxın günlərdə sərbəst buraxılacaq.

KONKRET.az-a bu barədə açıqlama verən Dağıstan Azərbaycanlıları icmasının rəhbəri, respublika başçısının müşaviri Rakif Əzizov bildirib ki, 2 nəfər haqqında cinayət işi açılacaq.

Rakif Əzizov deyib ki, hər saatdan bir Azərbaycanın Rusiyadakı səfirliyi həbs olunanların vəziyyəti ilə maraqlanır.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları Dağıstanın Kullar kəndi yaxınlığında baş verən iğtişaşlardan sonra 93 Azərbaycan vətəndaşını saxlayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*