Çərşənbə axşamı Ukrayna ərazisinə, əsasən, enerji infrastrukturu obyektlərinə 85 raket zərbəsi endirilib.
KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, bildirib ki, daha 20-yə yaxın raket zərbəsi gözlənilir.
“Ukraynaya, şəhərlərimizə səksən beş raket zərbəsi endirilib, onların əksəriyyəti enerji infrastrukturuna qarşı həyata keçirilib. Qarşıda daha 20-yə yaxın zərbə ola bilər”, – deyə Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.
Günel Mikayılova,
KONKRET.az
