Ukraynanın Mariupol şəhərində “Azovstal” polad zavodunda həlak olan 64 ukraynalı əsgərin meyiti ölkəyə göndərilib.
KONKRET.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, cəsədlər mübadilə yolu ilə qaytarılıb və qaytarılma prosesi davam edir.//Qafqazinfo
