Tanınmış erməni aktyor Sergey Danielyan Rusiya televiziyalarının təbliğatçıları qismində işləyən erməni əsilli şəxslərə müraciət edib.
KONKRET.az xəbər verir ki, Danielyan onları fəaliyyətlərinə görə təhqir edib:
“Mən bilmirəm, müraciətimdə sizə necə yanaşım? Sizin özünüz və uşaqlarınıza böyük lənət olacaq. Ümumiyyətlə, insanlar doğulur. Amma siz doğulmamısınız. Siz anusdan çıxmış nəcissiniz. Siz genetik olaraq tullantısınız. Mən utanıram ki, sizin familiyanızda yan şəkilçisi var. Çünki bizdə familiyada yan şəkilçisi alimlərlə, idmançılarla artistlərlə, böyük şəxsiyyətlərlə assosiasiya olunur. Amma təəssüflər olsun ki, siz genetik tullantı olaraq Kremldə oturub Putinin nəcis ideologiyasını təbliğ edirsiniz. Və bu nəcis bizim bədbəxt xalqımıza doğru yönəlir. Eybi yox, dünyada ədalət var. Sizi hamı tanıyır. Bilirlər ki, siz kimsiniz və nələrə qadirsiniz. Şükür Allaha ki, bəziləri heç olmasa, familiyalarının sonluğunu ov-a dəyişib. Məsələn, Boqdasarov kimilər. Hamınızın familiyanızı dəyişməsi arzuolunandır. Çünki sizin də bizdən olduğunuz bilinməsin”.
Natiq Səlim,
KONKRET.az
