Şiddətli yağışlar nəticəsində Özbəkistanın paytaxtı Daşkənddə metro stansiyaları su altında qalıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, aprelin 2-də şəhərə yağan güclü yağış nəticəsində metronun “Əmir Temur Xiyoboni” stansiyasını su basıb.
Daşkənd metrosunun mətbuat xidməti bildirib ki, arxların daşması suyun sızmasına səbəb olub.
Mövcud vəziyyəti tez bir zamanda aradan qaldırmaq üçün Daşkənd Şəhər Abadlıq İdarəsi, Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin 500-dən çox əməkdaşı və 100 ədəd xüsusi texnikası cəlb olunub.
Özbəkistan sinoptiklərinin məlumatına görə, aprelin 2-dən 7-dək respublika ərazisində hava şəraiti tez-tez dəyişəcək, qısamüddətli tufan olacaq.
İqbal Rzayev,
KONKRET.az
