Daşkəsəndə “NİVA” aşdı – Xəsarət alanlar varbackend

Daşkəsəndə “NİVA” aşdı – Xəsarət alanlar var

Daşkəsəndə sürücünün idarəetməni itirməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, rayonun Təzəkənd kəndində hərəkətdə olan ”Niva” markalı minik avtomobili aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü – 1975-ci il təvəllüdlü Sahib Abbasov, 1996-cü il təvəllüdlü Ruziyə Abbasova və 2000-ci il təvəllüdlü Coşqun Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriblər. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*