“Daşnaklar Ermənistanda və Qarabağda mübarizə məşəli alovlandıracaq” – Gevorqyanbackend

"Daşnaklar Ermənistanda və Qarabağda mübarizə məşəli alovlandıracaq" - Gevorqyan

“Ermənistanda və Qarabağda mübarizə məşəli alovlandıracaq və biz yenə də mübarizənin önündə olacağıq”.

KONKRET.az xəbər verir ki, bunu “Daşnaksütyun”un üzvü Argişti Gevorqyan daşnakların konqresinin açılışında deyib.

“130 ildən artıq bir müddətdə tarixin və zamanın atdığı bütün sınaqlara tab gətirmək mümkün oldu. Bizim fəaliyyətimiz vətənimiz, xalqımızın bütün övladları üçün təməl daşıdır. Məhz bu günlərdə biz Ermənistanda və Qarabağda mübarizə məşəlini alovlandıran, bir daha vətən uğrunda mübarizənin önündə dayanacaq çıraqlara çevrilə bilərik və olmalıyıq”, – Gevorqyan deyib.

Qeyd edək ki, fevralın 6-da İrəvanda Daşnaksütyun Ümumdünya Gənclər Konqresi öz işinə başlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*