“Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri ilə polisimizə ən böyük dəyərini verib. Doğrudan da müstəqil dövlətimiz qurulduğu andan etibarən Azərbaycan polisi dövlətini, dövlətçiliyini şərəflə qoruyur. Bu yolda o şəhid də verir, sıralarından böyük şücaətlər göstərmiş qəhrəmanlar da çıxır və belə oğullarımızın sayı yüzlərlədir.
Sevindirici haldır ki, bu gün polis orqanlarının başında bu işin peşəkarı olan, vətənpərvər bir insan – Vilayət Eyvazov durur.
Bu gün general-polkovnikin 52 yaşı tamam olur.
HAŞİYƏ: Azərbaycanın 8-ci daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 1968-ci ildə Culfa rayonunun Əbrəqunis kəndində anadan olub.
2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Ailəli və üç övlad atası olan nazir 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib. Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.
Prezidentin 2004-cü il sərəncamı ilə ona polis general-mayoru, 2006-cı il tarixli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilib. Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
KONKRET.az Vilayət Eyvazovu doğum günündə heç bir şəkildə mədh etmək fikrində deyil və buna ehtiyac da görmür. Amma “insaf da dinin yarısıdır”, – deyirlər. Yəni bu gün məhz daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə ölkəmizdə ictimai asayişin təmin edilməsində, vətəndaşların təhlükəsizliyinin qorunmasında, xüsusən pandemiya dövründə xəstəliyə qarşı mübarizədə polisinin böyük fədakarlıq nümayiş etdirdiyi danılmaz faktdır. Ayrı-ayrı vaxtlarda polisimizə qarşı aparılan məqsədyönlü çirkin kampaniyalara baxmayaraq, bu sistemdə hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu getdikcə artır. Bu, bir faktdır ki, ölkəmizdə xaosun, dərəbəyliyin, kriminal ünsürlərin sayının artmasında maraqlı olan qüvvələr Azərbaycan polisinin güclü olmasını istəmir. Bu sistemdə baş verən kiçik bir neqativ halı o qədər şişirdirlər ki, bəzən polisimizə qarşı “yoğrulan kin xəmirinin hansı mayadan” olduğunu belə diqqətdən qaçırırsan. Amma Vətənini sevən hər kəs bilir ki, Azərbaycanda hər hansı təhlükə anında polis vətəndaşının yanındadır. Yəni təhlükə hiss etdiyi anda gözü polisini axtaran hər kəs əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü riskə atar. Bütün bunlara görə Azərbaycan polisi ilə qürur duymağa dəyər.
KONKRET.az saytının kollektivi daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovu doğum günü münasibətilə təbrik edir, ona Azərbaycan dövlətçiliyinin inkişafında göstərdiyi xidmətlərində bundan sonra da uğurlar arzulayır.
Salam. Cənab nazir Vilayət Eyvazovun doğum günü münasibətilə təbrik edirəm.Allahdan cənab nazirə can sağlığı arzu edirəm.Yaxsiki varsuz.
Hörmətli Cənab Nazir sizi bu gözəl gun munasibətiylə təbrik edirəm ad gunun mubarək 100 yaşa
Men de cenab naziri ad gunu munasibetile tebrik edirem. Ona ilk novbede can sagligi, sherefli fealiyyetinde ugurlar ve nailiyyetler arzulayiram
Cənab Sizi təbrik edirəm biz əməkdaşlar sizlə fəxr edirik
Allah canab V.Eyvazovu gorusun! Ona bu chatin va sharafli ishda ugurlar arzulayiram! Butun mamurlar canab V.Eyvazov kimi dovlata va Vatana sadiq olmalidirlar!
Siz esil Azerbaycanlisiz! Hemiwe insanliginizla zirvede olasiz cenab nazir! Dogum gununuz mubarek!
Cenab nazir Sizi semimi qelbden tebrik edirem.Size cetin ve werefli ishinizde ugurlar arzu edirem.
Salam canab nazir size can salixi orzulayiram Allah sizi var elesin 100 yasayasiz
Cenab Nazır sizi ürenden tebrik edirem size uzun ömür can sağlığı arzu edirem!Allah sizi qorusun.
Cənab Naziri təbrik edirəm və əmin edirik ki,bir polis kimi daima vətənimizinn xidmətindəyik.
Cenab Nazir bu serefli yolda size ugurlar arzu edirik . En vacib olani can saglig adgununuz mubarek
Biz də cənab Naziri səmimi qəlbdən təbrik edirik.
Allah Vilayət Eyvazovu qorusun.
Salam canab nazir sizden artiq derecede xahis edirem mene cerime yaziblar agzimda maska Ola Ola 102 polis idaresine melumat vermisem sizden xahis edirem bir tedbir goresiz
CanaB.nazir.GədəBəy.rayon.polis.şkayətəBaxmlar.xayIşedirəmk.köək.edərisiniz.