Bu gün həbs edilən vəzifəli şəxslərin adları məlum oldubackend

Bu gün həbs edilən vəzifəli şəxslərin adları məlum oldu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həbs olunmuş vəzifəli şəxslərinin adları məlum olub.

KONKRET.az qafqazinfo.az-a istinadla xəbər verir ki, əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi keçirib.

Saxlanılanlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri – Niyam Mədətsoylu, Şükür Əmrəliyev, Qaradağ rayon şöbəsindən isə Etibar Əliyev və Şamil Alıyevdir.

Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələrilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*