Ermənistan və Fransa may ayının əvvəlində strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaahan Kostanyan məlumat verib.
Onun sözlərinə görə, Emmanuel Makron dövlət səfəri ilə Ermənistana gələcək.
Kostanyan bildirib ki, Fransa ilə münasibətlərin inkişafı gündəlikdə mühüm yer tutur və səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığa dair sənəd imzalanacaq.
O əlavə edib ki, müxtəlif sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq üzrə də bir sıra digər sənədlərin imzalanması planlaşdırılır.
3–4 may tarixlərində İrəvanda Avropa Siyasi Birliyinin sammiti və Ermənistan–Avropa İttifaqı arasında ilk sammit keçiriləcək.
Makronun dövlət səfəri isə 4–5 may tarixlərinə planlaşdırılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
