Avtoqəzalarda 140 nəfər həlak olub – Yeni statistikabackend

Avtoqəzalarda 140 nəfər həlak olub - Yeni statistika

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında baş verən avtoqəzalarda 140 nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2026-cı ilin yanvar-mart aylarında 252 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 319 nəfər zərər çəkib. Onlardan 140 nəfər həlak olub, 179 nəfər isə yaralanıb. Hadisələrin 42,9 faizi gecə, 37,7 faizi gündüz, 19,4 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 32,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib. Bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,6 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,7 faizini, yaralananların isə 71,5 faizini kişilər təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*