Daxili İşlər Nazirliyinin yüksək çinli məmurları vəzifəsindən azad edildibackend

Daxili İşlər Nazirliyinin yüksək çinli məmurları vəzifəsindən azad edildi

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin sərəncamı ilə, təxminən, 10 yüksək vəzifəli məmur – daxili işlər nazirinin müavini, Patrul və Mühafizə Xidməti və İctimai Təminat Baş İdarəsinin rəisi, habelə Özbəkistan Daxili İşlər Nazirliyinin Mühafizə Qoşunlarının komandanı vəzifələrindən azad edilib.

Hələ rəsmi elan olunmayan bu kadr dəyişikliyi barədə Özbəkistan hüquq-mühafizə orqanlarındakı bir neçə müstəqil mənbədən məlumat verilib.

Səlahiyyətlilər bu prosesi Özbəkistandakı həbsxanalarda və məhkəmədən əvvəl istintaq təcridxanalarında davam edən işgəncələr, insanların öldürülməsi və bəzi məhbusların rüşvət müqabilində VIP kameralarda saxlanması barədə xəbərlərdən sonra başladığını söyləyib.

Daxili İşlər Nazirliyi nümayəndəsinin sözlərinə görə, Baş nazir Abdulla Aripov noyabrın 19-da hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak etdiyi video konfrans keçirib.

“Noyabrın 19-da Baş nazir Aripov videokonfrans keçirib və daxili işlər nazirinin asayişin qorunması üzrə müavini polkovnik Muhiddin Curayevin istefası ilə bağlı prezident sərəncamını oxuyub. Bu qərarın səbəblərindən biri həbs yerlərində ölüm hallarının artmasıdır. Bir gün əvvəl Bulungur rayonunun polis bölməsində bir adamın öldüyü bildirilib. Ailəsi onun işgəncədən öldüyündən şikayətlənib. Aydındır ki, bu məlumatlar Curayevin istefasına da kömək edib”

Video konfransda yüksək vəzifəli bir şəxs Özbəkistan Daxili İşlər Nazirliyinin Patrul və Mühafizə və Asayiş Baş İdarəsinin rəisinin də işdən çıxarıldığını söyləyib.

Digər bir nazirlik rəsmisi bildirib ki, 10-a yaxın vəzifəli şəxsin işdən çıxarılmasının səbəbi onların “digər cinayətləri” olub.

“Daxili İşlər Nazirliyinin 9 əməkdaşı hər gecə 2 min dolların müqabilində polis geyimli məhbusları evlərinə aparır. Bu məhbuslar arasında keçmiş yüksək vəzifəli şəxslər də var.

Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, general-mayor Dmitri Pan və Daxili İşlər Nazirliyinin istintaq təcridxanasının daha 6 əməkdaşı nazir müavini ilə birlikdə istefaya gedib.

“Hal hazırda Cinayət Məcəlləsinin 207-ci (“Məxfi ehtiyatsızlıq”) maddəsi ilə istintaq gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*