“Dəhliz açıldıqdan sonra Ermənistandan Qarabağa insanların axını artmalıdır”.
KONKRET.az xəbər verir ki, “Vahid Ermənistan” partiyasının sədri, keçmiş deputat Artur Qazinyan Facebook səhifəsində yazıb.
“Laçın dəhlizi açıldıqdan sonra mən Qarabağa gedəcəyəm, bir neçə gün qədim “erməni” torpağından güc alacam və xalqın yanında olacağam. Təmənnasız xidmətimlə onların ayağa qalxmasına kömək edəcəyəm ki, daha güclü olub, mübarizə aparsınlar və qalib gəlsinlər.
Dəhliz açıldıqdan sonra Qarabağ əhalisinin azalmasının qarşısını almaq üçün bütün səyləri göstərmək lazımdır. Bunun üçün Ermənistandan Qarabağa insan axını dörd dəfə artmalıdır. Azərbaycana və bütün dünyaya göstərməlidir ki, Qarabağ xalqı tək deyil, Qarabağ erməninin idi, var və olacaq”, – deyə Qazinyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az

Ümid edirik ki, Azərbaycan Dövlət rəsmləri ermənilərin bu həyasızlıqlarını və edə biləcəkləri pozuculuq fəaliyyətini nəzərə alacaqlar və yaxın günlərdə Laçın yolunda- sərhəddə Nəzarət Buraxılış Məntəqəsi fəaliyyətə başlayacaq.