“Dəhlizlə bağlı pis xəbərlər də var, yaxşı xəbərlər də” – Mirzoyanbackend

“Dəhlizlə bağlı pis xəbərlər də var, yaxşı xəbərlər də” - Mirzoyan

“Dəhlizlə bağlı pis xəbərlər də var, yaxşı xəbərlər də”. 

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, kommunikasiyalar açıldıqda Ermənistanla Azərbaycan arasında mövcud və yeni yollar keçdikləri ölkələrin suverenliyi altında olacaq.

“Danışıqlarda onun tezislərinə heç kim şübhə etmir. Son görüşlər, eləcə də xaricdə verilən bəyanatlar bunu təsdiq edir.

Digər təfərrüatlar hələ də müzakirə olunur. Ermənistan tərəfinin konstruktiv yanaşmasını qeyd etmək istəyirəm”, – Mirzoyan deyib.

O, danışıqların “pis” tərəflərindən danışıb.

“Pis haldır ki, danışıqların bütün istiqamətlərində İrəvan Azərbaycanın maksimalist mövqeləri ilə toqquşur.

Mənim təəssüratlarıma görə, Azərbaycan qalib kimi şərtləri diktə etməyə çalışacaq. Bu, təbii ki, reallıq ola bilməz. Ümid edirəm ki, Azərbaycan bunu zamanla başa düşəcək. Sabit sülhün yaradılmasında onlar da başa düşməlidirlər ki, birtərəfli olaraq faydalı həll yolları ola bilməz və belə yanaşma uzunmüddətli olmayacaq”, – Mirzoyan deyib.

Danışıqların “yaxşı” tərəflərini açıqlayan xarici işlər naziri deyib:

“Digər tərəfdən, müsbət haldır ki, danışıqların gündəliyi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Beynəlxalq ictimaiyyət bəyan edib ki, güc həlli yolu ola bilməz və elə xətlər var ki, onları keçmək mümkün deyil”.

Mirzoyan Ermənistanın müxtəlif platformalarda danışıqlara hazır olduğunu təsdiqləyib. Bu günlərdə Soçidə dövlət başçıları səviyyəsində görüş keçirilib, tərəfləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qəbul edib. Bir neçə gündən sonra Vaşinqtonda Ararat Mirzoyan, ABŞ-ın dövlət katibi Entoni Blinken və Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramovun iştirakı ilə xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*