“Biz Azərbaycanı tamamilə məhv edəcəyik və ümid edirəm, yer üzündən siləcəyik”.
KONKRET.az xəbər verir ki, bunu erməni əsilli Amerika vençur kapitalisti, poker oyunçusu və aktyoru Den Bilzeryan deyib.
Onun simasında ermənilərin faşist təbiəti açıq-aydın görünür.
Jurnalistlərin “Qarabağ müharibəsi haqqında nə düşünürsünüz?” sualına bu nasist cavab verir ki, silaha çoxlu pul ayırıb və ümid edir ki, Azərbaycan yer üzündən silinəcək.
“Müharibə zamanı mən bu işə bir qədər pul ayırdım (2 milyon dollar). Ümid edirəm ki, biz Azərbaycanı tamamilə məhv edəcəyik və ümid edirəm ki, yer üzündən siləcəyik. Əla olacaq”, – deyə Bilzeryan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az
