Dənizdə batan üçüncü yeniyetmənin də meyiti tapıldı – YENİLƏNİBbackend

Dənizdə batan üçüncü yeniyetmənin də meyiti tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.

Bu barədə KONKRET.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin, 2006-cı il təvəllüdlü Bəşirzadə Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

18:51

2007-ci il təvəllüdlü Mehdi Manafovun meyiti aidiyyəti üzrə təhvil verilib.

KONKRET.az FHN-ə istinadla xəbər verir ki, həmin ərazidə batdığı ehtimal olunan üçüncü şəxsin axtarışları davam etdirilir.

Xatırladaq ki, dənizdə 3 yeniyetmə batıb. M. Manafovdan başqa, Bakı şəhər sakini, 17 yaşlı Nemət Əhmədovun da meyiti bu gün səhər saatlarında dənizdən çıxarılıb.

Hazırda dənizdə boğulan üçüncü yeniyetmə, Zarat kənd sakini Rəvan Bəşirovun axtarışları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*