Dənizdə dalğanın hündürlüyü iki metrə çatıb – FAKTİKİ HAVAbackend

Dənizdə dalğanın hündürlüyü iki metrə çatıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 1-də saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/san, Culfa, Naftalanda 18 m/san-dir. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü iki metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-də gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-də gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*