Deputat: “…Ermənilər şeytandan əmələ gəliblər”backend

Deputat: “...Ermənilər şeytandan əmələ gəliblər”

Xarici ölkə jurnalistləri Ağdama səfər edib. Səfərdə məqsəd xarici medianın Xocalı faciəsi haqqında daha ətraflı məlumatlandırılmasıdır.

Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə təşkil olunan səfərdə yerli və xarici jurnalistlər iştirak edirlər. İşğaldan azad olan Ağdam şəhərinə səfər edən media nümayəndələri ilk olaraq Ağdam cümə məscidinə gəliblər.

KONKRET.az xəbər verir ki, səfərlə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov söyləyib ki, Xocalı soyqırımın təbliği üçün çoxlu sayda işlər görülür.

Parlament üzvü qeyd edib ki, diaspor təşkilatımız olan ölkələrdə Xocalı ilə bağlı tədbirlər keçirilir:

“Ölkəmizə gələn xarici jurnalistlərin həqiqətləri öz gözləri ilə görməkləri çox vacibdir. Müxtəlif ölkələrin media nümayəndələrinin azad edilmiş ərazilərimizə səfərləri təşkil olunub. Ermənilərin dinc əhaliyə qarşı törətdikləri təxribatlar xarici KİV-lərdə yayımlanırsa, bu, həqiqətlərimizi dünyaya çatdırmaq baxımından mühümdür. Məqsəd erməni vəhşiliyini, onların yaramazlığını, insani davranışlara aid olmayan hərəkətlərini beynəlxalq aləmə çatdırmaqdır. Ermənilər özlərini mədəni və məzlum xalq kimi təqdim etsələr də, belə səfərlərin təşkili onların iç üzünü açır. Jurnalistlərin azad edilmiş ərazilərimizə getməsi kifayət edir ki, onlar ermənilərin kim olduqlarına qiymət versinlər. Dünyada çox müharibələr olub. Amma heç bir müharibənin nəticəsində belə bir hal olmayıb ki, 28 il ərzində böyük kəndlər yer üzündən tamamilə silinsin. Bunlar erməni vəhşiliyinin nümunəsidir. Bütün millətləri Allah yaradıb, lakin ermənilər şeytandan əmələ gəliblər. Ölkəmizə gələn əcnəbilərin yerində işlər görməsi çox vacibdir. Bu, Azərbaycanın haqlı və ədalətli olduğunu sübut edir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*