Deputat həyəcan təbili çaldı: Bakıda fəlakətli vəziyyət var, köçürülməlidirbackend

Deputat həyəcan təbili çaldı: Bakıda fəlakətli vəziyyət var, köçürülməlidir

Paytaxtın köçürülməsi xeyli gecikmiş ideyadır. Hətta torpaqlarımız işğaldan azad olunduqdan sonra bizim tərəfimizdən təklif var idi ki, paytaxt Ağdama köçürülsün. Çünki Ağdam yenidən qurulurdu və bu qurulmada paytaxt üçün lazım olan infrastruktur yaradıla bilərdi.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa paytaxtın Bakı şəhərindən köçürülməsinin zəruriliyi haqqında aparılan müzakirələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Bakı çox yükləndiyindən, bununla bağlı tədbir görülməsinə ehtiyac var:

“Bizdə səmərəli, faydalı təkliflər bir az gec, böyük imkanlar itiriləndən, məsrəflər çoxalandan sonra qəbul olunur. Ona görə də bu məsələ hələlik kimsəni düşündürmür. Bakıda fəlakətli vəziyyət yaranıb, artıq paytaxtda hərəkət etmək mümkün deyil. İnsanların vaxtının bir neçə saatı tıxaclarda, yollarda keçir. Bunun əlacını tapmaq lazımdır”.

Fazil Mustafa qeyd edib ki, gələcək paytaxt üçün başqa şəhərlərimiz də uyğundur:

“Bu, Ağdam olmaya da bilər. Bakıdan yüz, yüz əlli kilometr aralıda olan hansısa bir məntəqə də ola bilər. Hər halda, yeni paytaxt modeli düşünülməlidir. Çünki böyük idarələrin, iş yerlərinin burada olması ciddi narahatlıq yaradır. Şəhər yaşanmaz bir vəziyyətə gəlib çıxıb. Bu baxımdan hansısa qərarın qəbul edilməsi vacibdir”.

  • ilqar
    Sentyabr 12, 2024 - 19:35

    PAYTAXT KÖÇÜRÜLSÜN KURDƏMİRƏ.KİMSƏ KÖÇÜB RAYONLARDAN PAYTAXTA GƏLMƏYƏCƏK.OLACAK PAYTAXT BEZ PROBKA😂

    • Adil
      Sentyabr 14, 2024 - 06:57

      Təklif edirəm, parlament köçürülsün ya Yevlaxa, ya da Kürdəmirə. ,😂😂😂

  • Qadir
    Sentyabr 13, 2024 - 10:16

    Bakı gözəl şəhəridi sonralar hər şey plansız şəkildə tikildi .

  • Şərif
    Sentyabr 13, 2024 - 13:28

    İmişli maklerlərini buraxdınız Bakıya, Bakının vayına oturdular, yaman günə qoydular, indi vur eşşək palçıqdan çıxsın

  • Mayis
    Sentyabr 13, 2024 - 21:59

    Ağdam və Bərdə münasib olar paytaxt ücün

  • Adil
    Sentyabr 14, 2024 - 07:00

    Müdafiə Nazirliyini köçürün – Gəncəyə, Kənd təssərufatin köçürün – Qubaya və s.

  • Arzu
    Sentyabr 14, 2024 - 09:09

    İlk öncə qaçqınları köçürülsun sonra universitetlər və nazirliklər

  • Ay bir adam
    Sentyabr 14, 2024 - 11:59

    İnəyi yemə aparınca,yemi tövləyə dsşıyın.Şəhəri köçürüncə Kəndlərdə torpaq sahiblərinə əla şərait yaradın,elə bir iş sistemi qurun ki hamı kəndə qaçsın.Sərçə kimi hər yeri batira batira getsəniz təmiz yuvanız heç vaxt olmayacaq ay milli məclis

  • Nadir Cəlilov
    Sentyabr 14, 2024 - 12:14

    İndi də büdcə beş-on il ərzində bu bəhanəylə talansın…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*