Deputat zabitlərin testdən keçirilməsini təklif etdibackend

Deputat zabitlərin testdən keçirilməsini təklif etdi

Gələcəkdə qanunvericilikdə kadr zabit heyətinin bəlli bir testə tabe olması, xüsusilə ehtiyata buraxılan zabitlərin vaxtaşırı testlə yoxlanılmasını təmin etməliyik.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O, müharibə şəraitində olduğumuzu vurğulayıb:

“Ehtiyatda olan zabitlərin testdən keçirilməsi vacibdir”.

Deputat təklif edib ki, parlament adından müraciətlə yanaşı, parlamentə daxil olan 11 siyasi partiyanın adından da ayrıca müraciətlər edilsin:

“Parlament partiyaları mexanizmini işlək hala gətirməliyik. Avropa ölkələrində partiyaların müraciətlərinə daha diqqətlə yanaşmalarını müşahidə edirik”.

Spiker Sahibə Qafarova bunun çox yaxşı mexanizm olduğunu qeyd edib:

“Gələcəkdə biz bunu nəzərə alarıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*