Deputatdan dərsliklərlə bağlı İRAD: “Ermənistan bayrağını əks etdirən…” – FOTObackend

Deputatdan dərsliklərlə bağlı İRAD: “Ermənistan bayrağını əks etdirən...” - FOTO

“Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından biri də “Təhsil millətin gələcəyidir” sözləridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan təhsil sahəsinə xüsusi qayğı ilə yanaşaraq bildirib ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır””.

Konkret.az Modern.az -a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, təhsilin inkişafı, düzgün qurulması hər bir cəmiyyətin taleyüklü məsələsidir.

“Başqa sahələrindən fərqli olaraq, təhsildə buraxılan nöqsanların nəticələri ayrı-ayrı fərdlərə deyil, birbaşa cəmiyyətə zərbə vurur. Gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsinin yolu buradan keçir”.

Deputat deyib ki, dərsliklər təlim-tərbiyə ilə yanaşı milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.

“Özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmur. Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması nə dərəcədə doğrudur?

Təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl 3 rəngdən istifadə olunması narahatçılıq yaradır.

Aidiyyatı qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara münasibət bildirməlidirlər”.

 

Bir cavab yazın