Krımda dəhşətli qətl hadisəsi qeydə alınıb. Canköy rayonunun Çaykino kəndində itkin düşən 12 yaşlı məktəblinin meyiti yerli mədəniyyət evinin direktoru və keçmiş deputat olan 64 yaşlı Valentin B.-nin həyətində basdırılmış vəziyyətdə tapılıb.
KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən sabiq deputat qızın onun yanına gələrək maye qaz baloncuğu almağı xahiş etdiyini iddia edib. Onun sözlərinə görə, məktəbli daha sonra həmin qazı iyləyərək huşunu itirib. Kiçik qızın qəfil öldüyünü görən şəxs qorxuya düşdüyünü, meyiti evə apararaq onu ayıltmağa çalışdığını, lakin nəticə olmadığı üçün onu arxa həyətdəki çuxura ataraq basdırdığını etiraf edib.
Apardılan ekspertiza nəticəsində məktəblinin ölüm səbəbinin naməlum maddədən zəhərlənmə – asfiksiya olduğu müəyyənləşdirilib. Meyitin üzərində hər hansı zorakılıq və ya xarici xəsarət izləri aşkar olunmayıb. Faktla bağlı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb və şübhəli şəxs qismində saxlanılan sabiq deputat həbs edilib.
Natiq Səlim,
KONKRET.az
