Milli Məclisin daha bir deputatı – Novruzəli Aslanov qızına karantin qaydalarına zidd toy məclisi keçirib.
KONKRET.az xəbər verir ki, deputat qızı üçün Bakının tanınmış restoranlarından birində təşkil etdiyi məclisdə 300 nəfərə yaxın adam olub.
Novruzəli Aslanovun karantin müddətində toy məclisləri üçün müəyyən edilən 150 nəfərdən artıq adam toplaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həm də bəstəkar olan Novruzəli Aslanov təkcə 10 nəfərə yaxın müğənnini məclisə çağırıb.
Bundan başqa millət vəkilinin qohumları ilə yanaşı, deputat həmkarları, ictimaiyyət nümayəndələri də toyda olub.
Bəs görəsən, müvafiq qurumlar müəyyən olunmuş say həddindən artıq adamları başına toplayan deputatı məsuliyyətə cəlb edəcəkmi?
Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib.
***
11:09
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı, bəstəkar Novruzəli Aslanovun (Novruz Aslan) qızının toyu olub.
KONKRET.az xəbər verir ki, toyda Novruz Aslanın həmkarları, ictimaiyyət nümayəndələri, mədəniyyət sahəsindən tanınmış şəxslər iştirak edib.
Toyun aparıcısı Azər Axşam öz sosial şəbəkə hesabında təmtəraqlı toydan görüntülər paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
Посмотреть эту публикацию в Instagram
***
03.08.2021
22:23
Bu gün millət vəkili, tanınmış bəstəkar Novruz Aslanın qızının toyudur.
KONKRET.az xəbər verir ki, millət vəkilinin qızı Günel Murad adlı şəxslə ailə həyatı qurur.
Şəhər restoranlarından birində keçirilən toyda Əməkdar artist Lalə Məmmədova, müğənnilər Natavan Həbibi, Nadir Qafarzadə, Vasif Məhərrəmli iştirak edirlər. Məclisin aparıcılığı isə Azər Axşama həvalə olunub.