Yevlaxda avtomobil aşdı, sürücü öldübackend

Yevlaxda avtomobil aşdı, sürücü öldü

Yevlax rayonunda avtomobil yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə alınıb. “Toyota Land Crusier” markalı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü Tərtər rayon sakini Habil İsmayılov idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*