Aşotyan: “Nikol erməniləri pomidor və ya badımcan yerinə qoyub”backend

Aşotyan: “Nikol erməniləri pomidor və ya badımcan yerinə qoyub”

“Nikol erməniləri pomidor və ya badımcan yerinə qoyub”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasi məhbus Armen Aşotyan Nubaraşen cəzaçəkmə müəssisəsindən vətəndaşlara müraciətində deyib.

O, erməni vətəndaş Sergey Tovmasyanın “Ölkə partlayışa hazır vəziyyətdədir, bütün bunlar nə vaxt pik həddə çatacaq? Ölkəmizi nə vaxt azad edəcəyik?” sualına belə cavab verib:

“Ölkədə vəziyyət doğrudan da pisdir, lakin ən arzuolunan ssenari vəziyyətin partlayışa gətirilməsi deyil, dövlətimizin altında olan minanın zərərsizləşdirilməsi olardı. Aydındır ki, partlayış hadisələrin inkişafı üçün son variantdır, lakin mövcud şəraitdə bu, qaçılmaz olur. Ermənistanın və erməni xalqının düşdüyü vəziyyət qeyri-təbii, anti-mənəvi və antielmə ziddir.

Nikolun “yeni erməni” yaratmağa nə mənəvi haqqı, nə əqli qabiliyyəti, nə də siyasi kapitalı var. Əslində onun təsəvvür etdiyi erməni tipi tipik ola bilməz, çünki Vətəni, namusu, mənəviyyatını, Allahı inkar edən tip qeyri-ermənidir.

Nikol erməniləri pomidor və ya badımcan yerinə, özünü isə seleksiya yolu ilə yeni tip erməniləri əldə edib çoxaltmağı qarşısına məqsəd qoyan Miçurin yerinə qoyub.

Bütün bunlar o zaman bitəcək ki, erməni nəhayət, özünün pomidor deyil, insan olduğunu sübut etmək qərarına gəlsin”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*