Deputatlığa namizəd türk liseyləri və Qafqaz Universiteti məzunlarına “trol” dedibackend

Deputatlığa namizəd türk liseyləri və Qafqaz Universiteti məzunlarına "trol" dedi

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb. Açıqlanan məlumatda 29 saylı Səbail seçki dairəsindən qalibin Nigar Arpadarainin olduğu qeyd olunub. Bu açıqlamadan sonra seçkinin saxtalaşdırıldığını iddia edən, həmin dairədən digər deputatlığa namizədlərin tərəfdarları Nigar Arpadaraini tənqid ediblər.

KONKRET.AZ xəbər verir ki, Nigar Arpadarai ona ünvanlanan tənqidlərə sosial şəbəkə vasitəsilə cavab verib.

“Dünən axşam saatlarında, 3-4 saat ərzində səhifəmə klassik anlamda ‘trol’ hücumu olub. Eyni mətnlə yazılan çoxsaylı kommentlər, ayrı-ayrı şəxslərin adından təkrarlanan eyni və oxşar mətnli şərhlər, təhqirlər bu hücumun açıq-aydın göstəriciləridir. Mənim tərəfdaşlarım və istənilən dəstək sözünü yazan “user”lər dərhal hücum və təhqir olunurdu.

Təəssüflə bildirirəm ki, təhlilimiz onu göstərir ki, klassik ‘fake’ “user”lərlə yanaşı, hücum edən “user”lərin böyük bir qismi özəl türk liseyləri və Qafqaz universitetinin məzunlarıdır. Dostlarım və həmkarlarım arasında bu məktəblərin məzunu olan çoxsaylı vətənpərvər, dürüst və istedadlı insanlar var. Onların haqqına girmək istəmirəm, sadəcə təəssüf hissi ilə bildirirəm ki, bu məktəblərin məzunlarının bir hissəsi hələ də siyasi məqsədlər üçün istifadə olunur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*