Dilqəm Əsgərov oğlu ilə dalaşdı: nəyi bölə bilmirlər? – VİDEObackend

Dilqəm Əsgərov oğlu ilə dalaşdı: nəyi bölə bilmirlər? – VİDEO

Əsirlikdən azad olunan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının ona xəsarət yetirdiyini iddia edir.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kürdoğlu Əsgərov Gencexeber.az-a müraciətində hadisənin Şəmkir rayonunun Çinarlı kəndində baş verdiyini bildirib.

K.Əsgərovun sözlərinə görə, atası onun yaşadığı evə gələrək mülk məsələsinə görə 15 min manat pul tələb edib. Daha sonra isə avtomobilində olan dəmir parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarət yetirib.

O əlavə edib ki, hadisədən əvvəl avtomobilində atasının yazdığı bir qeyd də tapıb. Qeyddə ayın sonuna qədər 13 min manat pul tələb edildiyi yazılıb.

Qeyd edilib ki, ata ilə oğul arasındakı münaqişəyə Şəmkirdəki ev səbəb olub. Kürdoğlu Əsgərovun sözlərinə görə, atası həmin evdən pay tələb edib. O, hadisəyə dair görüntüləri də yayıb. Görüntülərdə ata-oğulun həyətdə mübahisə etdiyi, D.Əsgərovun əlində küt alət olması diqqət çəkir.

K.Əsgərov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, vətəndaşın müraciəti əsasında Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, izahatı alınıb və müvafiq ekspertiza təyin edilib: “Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, tərəflər arasında daha əvvəllər də oxşar münaqişələr baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*