Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ildən artıqdır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdünü kəsib.

Bu barədə mediaya D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

Nazirlik yayılan məlumatlara aydınlıq gətirib.

Məsələ ilə bağlı Nazirliyin mətbuat katibi Fazil Talıbov KONKRET.az-a  bildirib ki, erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyinə görə ona verilən pensiya ödənişinin dayandırılmayıb:

“Belə ki, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib. Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F.Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir.

Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*