DİM-in təşkil etdiyi buraxılış imtahanlarından narazılıq edənlərin sayı getdikcə artır – ŞİKAYƏTbackend

DİM-in təşkil etdiyi buraxılış imtahanlarından narazılıq edənlərin sayı getdikcə artır - ŞİKAYƏT

Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanlarından narazılıq edənlərin sayı getdikcə artır.

KONKRET.az-ın redaksiyasına bununla bağlı müraciət edənlər haqlı olaraq sualların getdikcə çətinləşdirildiyini və digər problemllərin yarandığını diqqətə çatdırıb.

Gəncə şəhərində yaşayan Günay Kazımova adlı valideyn saytımıza ünvanladığı mətbubda bunları bildirib:

“Hörmətli redaksiya! Mən Gəncə şəhərində yaşayıram. Valideyn olaraq sizə müraciət etməkdə məqsədim 30 iyul tarixinde DİM-in təşkil etdiyi buraxılış imtahanında yol verilən haqsızlığa göz yuma bilməməyimdir. Nəinki öz adımdan, imtahandan narazı olan bütün valideynler adından bunları yazıram. Riyyaziyat fənnindən salınmış suallar buraxılış yox, olimpiada sualları səviyyəsində idi. İngilis dilindən dinləmə aparatları isə olduqca bərbad işləyirdi. Xışıltılı və ya səs çox ucadan olduğundan məzunlar üçün ciddi çətinliklər yaranıb. Təkrar dinləmə şansları da olmayıb.

Onsuz da karantində repetitorlara gedə bilmyən məzunlar üçün bu imtahan ağır keçib. Riyaziyyat fənnindən keçirilen onlayn dərslərin nəticəsi nə dərəcədə dogrudur?!  Pedaqoq ve psixoloqlar bu barədə məlumat versələr, çox məqsədəuyğun olar. Bəlkə biz düzgün basa düşməmişik?!

Onun nəticəsində də bu qədər çətin salınmış uşaqların psixikasına blok imtahanlarındakı sualların daha çətin düşəcəyi stressini təsəvvür edə bilirsinizmi?

Çox xahis edirəm, bu şikayətimizi bəlkə siz işıqlandırıb lazımi qurumlara səsimizi çatdırasınız.

Ya blok imtahanında suallar asanlaşdırılsın. Ya da 30 iyul tarixində keçirilmiş imtahanda riyyaziyyat fənnindən səhv yazılmış cavablar düzgün variant kimi hesablansın”.

KONKRET.az

  • Vüqar
    Avqust 3, 2020 - 16:47

    Niyı tək 30 u?24 ü imtahanıda özlərinə sərf edən kimi keçirildi

    • Aygun
      Avqust 4, 2020 - 17:33

      Riyaziyyat suallari.

  • Əsədli Fatimə
    Avqust 3, 2020 - 16:49

    Ayın 23-ü keçirilən imtahanda dəhşət çətin idi.

  • Esmer
    Avqust 3, 2020 - 18:14

    Niye tekce ayin 30u? Men ozumde ayin 24 u imtahan vermiwem eyni problemlerle uzlewmiwem. Riyaziyyat olduqca cetin idi. Ele bil buraxiliwa yox bloka olimpiadya salinmiwdi suallar. Ingilis dili dinlemede ise ses exo verir ve hecne ewidilmirdi. Yenitekce 30 u olan imtahanda yaranmayib o problemler ayin 24 de variydi hemin problenler

  • Dəyanət Mahmudov
    Avqust 3, 2020 - 18:51

    18 indədə riyaziyyayt çətin idi
    Sınağlarda riyaziyyatdan 25-27 vururdum amma 10 düzüm çıxdı
    Onunda 8 ini bilib yazdım 2 sini varyant atdığlarımdan çıxıb

    • Zəhra
      Avqust 4, 2020 - 12:05

      Salam ancaq 30iyul yox 24iyulda verilən buraxılış imtahanida çətin idi. Esasda bizim rayonda həmişə çətin salinib.Bu bizlər üçün böyük haqsızlıqdi

  • Natiq
    Avqust 3, 2020 - 21:05

    beli xanim sizinle cox raziyam oglum 161 nomreli mektebde tikinti sedalari altinda imtahan verib .Az deyil listingin aydin esidilmir riyaziyyat heddenn artiq cox cetin idi usaqlar onsuzda handemiya dovrunde onlain ders kecirilib 5 ay imtahanin ne vaxt olacaq stresini yasayiblar usaqlarin haqqlari tapdalanmasin onsuzda yuxari qurumlara sikayet olinacaq

  • Nuray
    Avqust 3, 2020 - 21:39

    Bu il buraxiliw imtahanlari olduqca cetin idi xususi ile riyaziyyat . Abituryentler bu il hazirliqlara gede bilmeyibler online ders o qeder de yaxsi deyil Listening geldikde ise ses cox exo verirdi pencereler aciq idi ve sesler bir birine qariwirdi DOVLET IMTAHAN MERKEZI eyneyini taxsin şikayetleri oxusun

  • Dinarə
    Avqust 3, 2020 - 22:35

    10 iyundakı imtahana narazılıq bildirdik bir faydası olmadı.İnanmıram bundam sonra nəsə edələr

  • Səidə
    Avqust 4, 2020 - 01:44

    30 iyunda mən 5 çi qrupa qəbul imtahanı verdim. V ci qrup üçün suallar digər qruplara nisbeten daha sadə olacağını düşünmüşdüm.Amma eksine oldu.Ele bil bütün qruplara eyni seviyye ( ağır seviyye) suallar tərtib olunmuşdur. Riyaziyyatdan güzəştlər olunmasını xahiş edirik.

  • Ayan
    Avqust 4, 2020 - 02:22

    Kimdi baxan? Kimdi vecinə alan? Bu olki mıəzunlara nöyük bir qərəz var. 10 iyun taricində riyaziyyatın çətin, ingilis dili dinləmənin problemli olmasından başqa, Azərbaycan dili fənnindən də iki cavablı suallar vardı. O qədər şikayət və əsaslandırılmış məktublar ünvanlandı,, nəticə olmadı.. Ancaq belə boyun bükərək, susaraq qəbul etmək düzgün deyil…

  • Nigar
    Avqust 4, 2020 - 11:55

    19 iyun imtahanı da çox bərbad idi. Azərbaycan dili mətnləri. İngilisdə reading lising. Riyaziyyat da

  • Zehra
    Avqust 4, 2020 - 11:56

    Salam ancaq 30iyul yox 24iyulda verilən buraxılış imtahanida çətin idi. Esasda bizim rayonda həmişə çətin salinib.Bu bizlər üçün böyük haqsızlıqdi

  • Zehra
    Avqust 4, 2020 - 12:00

    Salam ancaq 30iyul yox 24iyulda verilən buraxılış imtahanida çətin idi. Esasda bizim rayonda həmişə çətin salinib.Bu bizlər üçün böyük haqsızlıqdi

  • Elnur
    Avqust 4, 2020 - 12:15

    Ayın 23 də olan imtahan çox rahatiydi mən 24 ündə vermişəm riyaziyat bölməsin açan kimi qələmlərim qırıldı bu dim bizə köməklik əvəzinə bizə dəstək əvəzinə bizim yqxşı bal yığmamağımız üçün hərşey edirler

  • Raya Memmedli
    Avqust 4, 2020 - 13:35

    imtahan

  • Raya Memmedli
    Avqust 4, 2020 - 13:37

    İmtahan suallari heddinden artığ çox çətin idi.. 10iyul tarixində keçirilən imtahanda riyaziyyat çətin düşmüşdü.Nəinki riyaziyyat hətta ingilis dili dinləməsi də aydin deyildi…Bunları nəzərə almaqla qəbul imtahanını biraz rahatlaşdırmalısız

  • Aygün
    Avqust 4, 2020 - 17:36

    Riyaziyyat heqiqetende ali seviyyede suallar idi. Magstrlara bele cetin vermirler hec. Hem tehsil yarimciq aliriq hemde cetin suallar. Bu barede ne ise eleseler yaxsi olar.

  • Subhan
    Avqust 4, 2020 - 23:27

    Salam men 23 imtahan vermisem rus sektoruyam matematika cox cetin bize komek etmek yerine sualari cetin elemisdiler xaiş edirem bizim balrimizi aşaxi salsinlar onlayn dersle ne oyrenmek olar?

Ayan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*