DİN-in hərbi qulluqçusu azad edilən ərazidə minaya düşdübackend

DİN-in hərbi qulluqçusu azad edilən ərazidə minaya düşdü

Oktyabrın 5-də saat 17 radələrində işğaldan azad edilən ərazidə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusunun xidmət vaxtı piyada əleyhinə minaya düşməsi barədə məlumat daxil olub.

 KONKRET.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü S.Adgözəlov minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*