Donbasda 13 Rusiya tankı məhv edildibackend

Donbasda 13 Rusiya tankı məhv edildi

“Düşmənin 13 tankı, 8 artilleriya sistemi (onlardan biri MLRS-dir); 27 ədəd döyüş zirehli texnikası, 2 ədəd xüsusi mühəndis avadanlığı və 5 maşını məhv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Facebook səhifəsi məlumat yayıb. Bildirilib ki, Donetsk və Luqansk istiqamətində rus işğalçılarının 18 hücumu da dəf edilib.

“Vəziyyət mürəkkəbdir, lakin idarə olunur. Bütün müdafiə zonası boyunca düşmən döyüş təyyarələri, reaktiv yaylım atəşi sistemləri, iriçaplı top artilleriyası, tanklar, müxtəlif sistemlərin minaatanlarından istifadə edir, mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri endirir. Dinc yaşayış məntəqələri, inzibati binalar, xəstəxanalar, məktəblər və uşaq bağçaları dağıdılıb. Ukraynalı müdafiəçilər və Birləşmiş Qüvvələr qrupunun müdafiəçiləri bu gün düşmənin 18 hücumunu dəf ediblər”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*