Doqlioni: “Türkiyə zəlzələlərdən sonra 3-4 metr irəliləyib və hərəkət etməkdə davam edir” – VİDEObackend

Doqlioni: "Türkiyə zəlzələlərdən sonra 3-4 metr irəliləyib və hərəkət etməkdə davam edir" - VİDEO

Anadolu lövhəsi Türkiyədəki zəlzələlərdən sonra 3-4 metr irəliləyib və hərəkət etməkdə davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun rəhbəri, professor Karlo Doqlioni danışıb.

O bildirib ki, Anadolu plitəsinin Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra üç metr irəlilədiyi təxmin edilir, lakin bu, son hesablama deyil,

Professor qeyd edib ki, təkanlar Anadolu və Ərəb litosfer plitələrinin qovşağında qeydə alınıb.

“Anadolu plitəsi həm yer qabığına, həm də Avrasiya və Ərəbistan plitələrinə münasibətdə cənub-qərb istiqamətində hərəkət edir. Əslində, hər gün bir neçə mikron hərəkət edir. Amma ilin sonuna qədər artıq bir neçə santimetr görünür”, – deyə professor bildirib.

Doglioni fevralın 6-da Türkiyədə baş verən ən güclü zəlzələlərin episentrinin düşdüyü nöqtəyə diqqət çəkib.

“Bu nöqtədə onilliklər boyu davam edən enerji yığılması var idi. Bu nöqtə artıq enerji saxlaya bilmədiyi üçün Anadolu plitəsinin hərəkəti fonunda enerji ayrılır”, – deyə alim izah edib.

Professor qeyd edib ki, Anadolu plitəsinin tam olaraq necə yerdəyişməsi ilə bağlı dəqiq məlumatların səslənməsi hələ də çətindir.

İnstitut rəhbəri qeyd edib ki, peyk məlumatları alınan zaman daha dəqiq göstəricilər məlum olacaq. Hazırda seysmik məlumatları tərsinə çevirib yerdəyişməni hesablamaq mümkündür.

“Bizim və ABŞ Geoloji Xidmətinin ilkin hesablamalarına görə, bu seqment boyunca sürüşmə 3 metr idi, lakin sonra çat genişləndi və yerdəyişmə davam etdi. Məlumatlar mütləq artacaq”, – Doqlioni deyib.

Qaziantepdə Anadolu plitəsinin 3-4 metr sürüşməsinin görüntülərini təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*