Dövlət Baxçalı: Erməni dəstələri ya işğal altındakı torpaqları tərk edəcək, ya da …backend

Dövlət Baxçalı: Erməni dəstələri ya işğal altındakı torpaqları tərk edəcək, ya da ...

Türkiyənin aparıcı siyasi qüvvələrindən biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Ermənistan-Azərbaycan münaqişəsi zonasında mövcud şəraitdə dialoq və atəşkəs çağırışlarını tələ adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi xəbər verib.

“Bu cür bəyanatların müəllifləri Azərbaycanı aldatmağa və işğalın tanınmasına nail olmağa çalışırlar. Döyüş sahəsindəki zəfər işğalçı ölkədən siyasi həll və güzəştlərə zəmanət verəcək. Erməni ordusu ya Azərbaycanı tərk edəcəklər, ya da məhv ediləcəklər”, – deyə Baxçalı vurğulayıb.

Müxalif siyasətçi bildirib ki, Cənubi Qafqazda sülh üçün yeganə yol Ermənistan qoşunlarının işğal altındakı Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasıdır. “Azərbaycanın bayrağı Dağlıq Qarabağ üzərində dalğalanmalıdır. Başqa çıxış yolu və həll yolu yoxdur. Türkiyə Azərbaycanın ədalətli mövqeyini dəstəklədi və dəstəkləyəcək!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*