backend

Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı müəyyənləşdi

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği barədə məlumat verilib.

KONKRET.az-ın məlumatına görə, 2021-ci ilin əvvəlindən aprel ayının 1-nə fond 1 410 borcalana 97,2 milyon manata qədər ipoteka krediti verib.

Ümumilikdə isə bu günə qədər fond 32 min 872 borcalana 1 milyard 737 milyon 329 min 816 manat məbləğində ipoteka krediti verilib.

Fondun məlumatına görə, zəmanət və subsidiya mexanizmi ilə 231 milyon 270 min manat məbləğində kredit maliyyələşdirilib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və ümumi 671 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.

2021-ci ilin əvvəlindən aprel ayının 1-ə isə dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 258 mənzil təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*