Dövlətdən oğurlanan pulları bu idarə TAPACAQbackend

Dövlətdən oğurlanan pulları bu idarə TAPACAQ

Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat “Qanunsuz yollarla əldə olunan aktivlərin dövlətə qaytarılması haqqında” qanunu qəbul edib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, qanunun əsas məqsədi qanunsuz yollarla əldə olunan və ölkədən çıxarılan aktivlərin axtarışı, tapılması, geri qaytarılması və idarə olunması prosesini tənzimləməkdir.

Sənədə əsasən, Qazaxıstanda bu işlə məşğul olacaq səlahiyətli orqan, geri qaytarılan aktivlərin toplandığı xüsusi fond və idarəedici qurum yaradılacaq. Fonda toplanan vəsaitlər Qazaxıstan xalqının rifahına yönəlmiş sosial-iqtisadi layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.

Qazaxıstan parlamentinin aşağı palatası olan Məclisin cəlb etdiyi ekspertlərin hesablamalarına əsasən dövlət vəsaitlərinin oğurlanması, korrupsiya və vergidənyayınma nəticəsində ölkədən kənara 140-160 milyard dollara qədər vəsait çıxarılıb.

Qazaxıstan prezidentinin imzalamasından sonra qanun layihəsi qüvvəyə minəcək.

Xatırladaq ki, 2022-ci ilin iyununda prezident Qasım Jomart Tokayev ölkə vətəndaşları tərəfindən qanunsuz şəkildə kəanar çıxarılan vəsaitlərin qaytarılması ilə məşğul olan idarələrarası komissiyanın yaradılması barədə fərman imzalayıb. Komissiyanın indiyədək 760 milyard təngə, yaxud 1,7 milyard dollar dəyərində belə aktivləri dövlət mülkiyyətinə qaytardığı bildirilir.//Musavat.com

  • Cavid
    İyun 30, 2023 - 07:30

    Bu nə xəbərdi dərc etmisiniz? Boş – boş yazılarla vaxtımızı alırsınız

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*