Döyüşdə məğlub olan ruslar ÜSYAN QALDIRDILARbackend

Döyüşdə məğlub olan ruslar ÜSYAN QALDIRDILAR

“Ukraynada magistral yol uğrunda gedən döyüşlər nəticəsində 12 işğalçı həlak olub, 16-sı yaralanıb”.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Roman Çimbalyuk Facebook səhifəsində yazıb.

Ruslar Donetsk və Luqansk vilayətlərini birləşdirən Baxmut-Lısiçansk magistralına nəzarəti ələ keçirmək cəhdlərində yenə uğursuzluğa düçar olublar. Magistral yol uğrunda gedən döyüşdə rus ordusu itki verib. Bundan sonra onlar  yüksək komandanlığa etirazlarını və daha hücuma keçməyəcəklərini bildiriblər.

“İyunun 13-də RF Silahlı Qüvvələrinin hava-desant qoşunları və “DXR”-in 1-ci Ordu Korpusunun dəstəsi Baxmut-Lısıçansk magistralına nəzarəti ələ keçirməyə cəhd göstərib. Hücum zamanı RF Silahlı Qüvvələrinin 12 hərbçisi öldürülüb, 16-sı yaralanıb, döyüşlərdə iştirak edən rus hərbçilər gələcəkdə hücuma keçməkdən imtina ediblər”, – Çimmbalyuk qeyd edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Ukraynada genişmiqyaslı müharibə nəticəsində artıq 32 750 əsgərini itirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*