“Döyüş əhval-ruhiyyəsindəyik, amma təkik”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin aktyoru Kajik Arutyunyan deyib.
“Yaradılan çətinliklərdən və maneələrdən asılı olmayaraq, Qarabağda ümidsiz insanlar yoxdur. Çünki bu, artıq gördüyünüz kimi, bizim bəxtimiz və taleyimizdir.
Biz buna öyrəşmişik və müqavimət göstərəcəyik. Bütün hallarda sona qədər məqsədimizə çatmağa çalışacağıq.
Camaatın əhval-ruhiyyəsi yerindədir, döyüşməyə hazırlaşırıq. Amma bir daha deməliyəm ki, biz təkik və kimsəsizik.
Oh, bu ağrılıdır, heç bir yerdən köməyə ümidimiz yoxdur və biz buna görmürük, özbaşına qalmışıq”, – deyə Arutyunyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
