KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Daşkənd şəhər rəhbərliyi dronların (pilotsuz uçuş aparatlarının) hansı məqsədlər üçün ölkəyə gətirilə biləcəyini açıqlayıb.
2015-ci ildən etibarən ölkədə pilotsuz uçuş aparatlarının idxalı, satışı və istifadəsi qadağan olunub. İstisna olaraq dronların müvəqqəti idxalı və onların Özbəkistanın turizm potensialı haqqında foto və video çəkmək üçün istifadəsinə icazə verilir. Xarici yaradıcı qruplar tərəfindən də gətirilə bilər.
Daşkənd hökumətində vətəndaşlara dronun oyuncaq modelindən istifadə etməyə icazə verildiklərini əlavə ediblər. Bu, çəkisi 250 qramdan çox olmayan, foto və video avadanlıqları ilə təchiz edilməmiş və avtonom uçuş idarəetmə funksiyasına sahib olmayan bir uçan qurğu ola bilər. Ondan istifadə üçün heç bir icazə tələb olunmur. Bununla birlikdə, dron 50 metrdən yüksək olmayan və aerodroma 150 metrdən çox yaxınlaşmayan bir yüksəklikdə çəkiliş apara bilər.

Qayda pozan cihazlardan qanunsuz istifadə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Buna görə 15 günədək həbs cəzası ala bilərsiniz. Yeri gəlmişkən, dronun qanunsuz istifadəsi bir nəfərə orta dərəcədə zərər və ya ağır bədən xəsarəti yetiribsə, bunun üçün qanun pozucusunu iki ilədək islah işləri gözləyə bilər. Əgər hadisə ölümlə nəticələnərsə, onda beş ilə qədər azadlıqdan məhrum edilə bilərsiniz.