Bu gün saytımızda Unikal.org-a istinadən “Nazir qalmaqallı məmuru işdən çıxardı, cinayət işi açıldı” başlıqlı xəbər verilib. Qeyd edək ki, həmin yazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsinin keçmiş müdiri Bayram Mikayılovun adı bir sıra qalmaqallarda hallanıb. Saytımızla əlaqə saxlayan Bayram Mikayılov bütün bunlara qəti etiraz edib və mövqeyini açıqlayıb:
“Saytınızda barəmdə gedən məlumatlar tamamilə əsassızdır. Düzdür, mən işdən azad olunmuşam, amma digər məlumatlar yalan, şər, böhtan xarakterlidir və sifariş əsasında yazılmışdır. Bütün bunlar mənimlə vaxtilə ailə münasibətləri zəminində düşmənçilik aparan şəxslərin əməlləridir və bu barədə inzibati orqanlara müraciət edəcəyəm. Mən və ailə üzvlərim hər zaman dövlətə və dövlətçiliyə sədaqətli olmuşuq və bu sədaqət hər zaman davam edəcəkdir”.
KONKRET.AZ
