12:50
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran coxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
KONKRET.az xəbər verir ki, bununla bağlı DTX məlumat yayıb.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
KONKRET.az axşam.az-a istinadən məlumat verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.

Bunlar niye vaxdinda az yeyim hemise yeyim demeyibki indi burunlarından gelir men prizidentimin islerinden çox raziyam qoymur insanların haqqi tapdalansin tapdalanmis insanlar gedib haqlarını teleb edsin men dövletin den ve dövletçilikden çox raziyam