Dubay polisi superkar parkına elektrikli avtomobillər əlavə edib.
KONKRET.az xəbər verir ki, Hong Qi E-HS9 altı smart ekran, əlavə reallıq texnologiyası və smart sensorlu sükanla təchiz edilib. Bu, Çin lüks avtomobil markasının ilk yolsuzluq avtomobilidir.
Bu elektromobilin enerji doldurma müddəti gündə 6-8 saatdır. O, 4 saniyəyə sürətlənərək, təxminən beş yüz kilometr qət edə bilir.
Elektrikli avtomobilin ümummilli tədbirlər və paradlar üçün istifadə edilməsi, həmçinin BƏƏ-nin turizm potensialını artırmaq üçün Dubay şəhərində patrul xidməti həyata keçirməsi planlaşdırılır.
Elektromobil artıq yerli hüquq-mühafizə orqanlarının balansına daxil olub.
Bu unikal avtomobil Birləşmiş Ərəb Əmirliklərinin polis parklarında ilk superkar deyil. Şəhərlərin küçələrində siz Mercedes və Maserati-dən tutmuş Aston Martin və Cadillac-a kimi ən yaxşı brendlərin patrul maşınlarına rast gələ bilərsiniz. Bununla belə, bu, ilk polis elektrik avtomobilidir.
“Dubay polisi tərəqqi ilə ayaqlaşır və ətraf mühitin qorunmasına kömək etmək üçün müasir texnologiyalardan istifadə etməyə çalışır. Beləliklə, biz sınaqdan keçirməyə və elektrikli avtomobillərdən istifadə etməyə qərar verdik. Təbii ki, bu, polisimizdə ilk lüks avtomobil deyil”, – İstintaq və Cinayət Axtarış Baş İdarəsinin Turizm Polisi Departamentinin direktoru Xəlfan Obeid Əl Cəlləf bildirib.


Günel Mikayılova,
KONKRET.az
