İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin fevral müqaviləsinin dəyəri deyişməz olaraq qalıb və 62,37 ABŞ dolları təşkil edib.
KONKRET.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında yanvarda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,12% artaraq 57,84 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,14% azalaraq 2,679 ABŞ dolları təşkil edib.
