Dünya çempionuna ağır cəza: 6 il müddətinə…backend

Dünya çempionuna ağır cəza: 6 il müddətinə…

Rusiya millisinin heyətində dünya çempionu olmuş güləşçi, 2021-ci ildən Serbiya yığmasında çıxış edən Xetaq Tsabolov 6 il müddətinə diskvalifikasiya edilib.

KONKRET.az xəbər verir ki, buna səbəb idmançının antidopinq qaydalarını pozması olub.

“Tsabolov Ümumdünya Antidopinq Məcəlləsinin 2.5-ci maddəsinə əsasən dopinq-testdən yayınma, imtina və ya gəlməmə səbəbi ilə idmandan kənarlaşdırılıb”, – deyə bildirilib.

Qeyd edək ki, X.Tsabolov Rusiya yığmasının heyətində 2014-cü ildə dünya çempionu olub.//Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*