SON DƏQİQƏ: ABŞ “Hörmüz”ə HÜCUM ETDİ – Müharibə başlayır?backend

SON DƏQİQƏ: ABŞ "Hörmüz"ə HÜCUM ETDİ - Müharibə başlayır?

Hörmüz boğazında ABŞ tərəfindən iki yük gəmisinə hücum edildiyi iddia olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Tasnim agentliyinin hərbi dairələrdəki mənbəyə istinadən yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, mülki yük daşıyan gəmilər Omanın Xasab limanından İran sahilləri istiqamətində hərəkət edirmiş.

Hadisə ABŞ-ın bir neçə İran katerini batırdığına dair xəbərlərin yoxlanılması zamanı ortaya çıxıb.

İddialara görə, baş verən insident nəticəsində ən azı beş nəfər həyatını itirib.

Qeyd edək ki, məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və hadisə ilə bağlı rəsmi açıqlama gözlənilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*