Dünya nüvə müharibəsi ilə üz-üzədir: kütləvi insan tələfatının “premyerası” yaxın həftələrdə olacaq – ŞOK PROQNOZbackend

Dünya nüvə müharibəsi ilə üz-üzədir: kütləvi insan tələfatının "premyerası" yaxın həftələrdə olacaq - ŞOK PROQNOZ

Ukrayna təcili  NATO-ya üzv olmaq üçün müraciət edib, Rusiya isə işğal etdiyi Ukrayna torpaqlarını nüvə çətrinə alıb. Bu gün baş verənlərin ən böyük günahkarı elə Qərb dövlətləridir ki, onların uzun illər apardığı qorxaq Rusiya siyasəti sonunda öz başlarında çatlayır. Necə ki, Münhen sövdələşməsi ilə xəyanət edib faşist Almaniyasını ikinci dünya müharibəsinə təhrik elədilər, eləcə də Rusiyanın nüvə hədələrindən qorxub vaxtında Gürcüstanı, Krımı, Donbası qoruya bilmədilər. Qərbin “ehtiyatlı düşmənçilik siyasəti” iflasa uğradı.

İndi isə gecdir. Rusiyanı dayandırmaq üçün ancaq böyük dağıdıcı gücə malik taktiki nüvə başlıqları atmağa məcburdurlar və ona görə də Ukraynanı tələm-tələsik NATO-ya üzv edirlər. Hansı ki, elə bu ilin martında bunu etməyə cəsarətləri çatmadı.

Dünya geriyə dönüşü olmayan nüvə müharibəsi ilə üz-üzədir və tərəflərdən heç birinin geri addım atacaq yeri qalmayıb. Bundan qaçmağın iki mümkün yolu qalır.

1. Ya Rusiyada dövlət çevrilişi, sui-qəsd və ya xalq üsyanı.

2. Ya da Ukrayna torpaqlarını Rusiyaya güzəştə getməklə münaqişəni onilliklərlə dondurmaq.

Üçüncü dünya müharibəsinə poliqon olacaq ərazilər Mərkəzi və Şərqi Avropa, Orta Asiya, Cənubi Qafqaz və Yaxın Şərqdir. Təəssüf ki, biz bu müharibəni uzaq Sakit Okeanda bir adadan seyr etməyəcəyik və savaşın mərkəzində yer alacağıq.

Bu savaş dünyanın sonu olmayacaq, milyonlarla insan itkisindən sonra dünyanın siyasi xəritəsi yenidən şəkilləndiriləcək. Covid-19 kütləvi insan tələfatının ustad məşqi idi, premyera isə yaxın həftələrdə olacaq.

Əli Məhərrəmli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*