Dünya X xəstəliyinə hazırlaşır: Söhbət hansı virusdan gedir?backend

Dünya X xəstəliyinə hazırlaşır: Söhbət hansı virusdan gedir?

Tibb elmləri doktoru və professor Olha Qolubovska meymunçiçəyinin və quş qripinin yeni qlobal pandemiyaya səbəb olub-olmaması barədə suala cavab verib.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, infeksionist X xəstəliyinin Davosda keçirilən Dünya İqtisadi Forumunda müzakirə edildiyini xatırladıb. X xəstəliyinin meymunçiçəyi xəstəliyinə çevrilə biləcəyini ilə bağlı suala həkim belə cavab verib: “Hər şey ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliklə bağlı fövqəladə vəziyyət elan edib”.

O, həmçinin Fransanın Sağlamlıq Risklərinin Monitorinqi və Proqnozlaşdırılması Komitəsinin proqnozu ilə razılaşıb, ona görə yaxın beş ildə bəşəriyyəti təhdid edən ən təhlükəli xəstəliklər heyvandan insana və insandan heyvana keçən xəstəliklərdir.

“Zoonozlar – heyvanlardan insanlara keçən xəstəliklər bizim üçün ən dəhşətlidir. Məsələn, X xəstəliyi kimi də müzakirə olunan xəstəliklərdən biri də quş qripidir. Quşlar onunla xəstələnirlər. Fermerlər yaxın təmas nəticəsində yoluxa bilər. Şükür ki, bu virus insandan insana keçmir. Amma mutasiya baş verərsə, dünyada quş qripindən orta ölüm 52% təşkil edə bilər. Bunlar qorxulu rəqəmlərdir, amma virusa qarşı dərmanlarımız var”, deyə həkim qeyd edib.

Qeyd edək ki, ilin əvvəlində Dünya İqtisadi Forumunda Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri bir araya gəlib. Onların məlumatlarına görə, bəşəriyyət COVİD-19-dan on dəfə çox ölümə səbəb ola biləcək yeni bir xəstəliklə üzləşə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*