Keçmiş məcburi köçkünlərlə bağlı MÜHÜM XƏBƏRbackend

Keçmiş məcburi köçkünlərlə bağlı MÜHÜM XƏBƏR

Keçmiş məcburi köçkünlərin sosial müdafiə xərcləri üçün 289,4 milyon manat nəzərdə tutulub.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 289,4 milyon manat, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün 257,3 milyon manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün 14,6 milyon manat, digər tədbirlər üçün isə 17,5 milyon manat vəsait nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*