2027-ci ildə Naxçıvanın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 510 milyon manat proqnozlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Muxtar Respublikanın büdcəsinin gəlirlərinin 38,8%-i və ya 198 milyon manatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiya təşkil edəcəkdir ki, bu da cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4% azdır.
Naxçıvanın büdcəsinin öz gəlirləri isə cari illə müqayisədə 40,4 milyon manat və ya 14,9% artımla – 312 milyon manat məbləğində proqnozlaşdırılır.
